Gəncədə avtomobilin vurduğu piyadanın kimliyi məlum olub

SAVASH.ORGsavash.org


Gəncə şəhərində avtomobilin vurduğu şəxsin kimliyi məlum olub.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Zaur Fərəclini “VAZ-21015” markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada həmin avtomobilin sürücüsü Ramin Əsədov tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org