Gələn il ehtiyac içində olan əfqanların sayı 5 milyon artacaq

SAVASH.ORGsavash.org


  BMT-nin hesablamasına görə, gələn il Covid-19 pandemiyası və münaqişələrin artması səbəbindən köməyə ehtiyacı olan əfqanların sayı 5 milyon nəfər artacaq. Ehtiyac yüksəlir və “təcili maliyyə lazımdır”, – Baş katibin Humanitar Məsələlər üzrə köməkçisinin vəzifəsini icra edən Rameş Racasingam dekabrın 15-də mətbuat konfransında  deyib. Əfqanıstandan səfərdən qayıtmış Racasingamın sözlərinə görə, bu ölkədə adətən sərt keçən qış vəziyyəti daha da ağırlaşdıracaq. O, humanitar yardıma ehtiyacın artmasını “Covid-19 böhranının, münaqişələrin və məcburi köçkünlərin çoxalmasının” nəticəsi adlandırıb. “2020-ci ildə 11 milyon nəfər üçün dəstək istəmişdik, gələn il onların sayı 16 milyona çatacaq”, – Racasingam vurğulayıb. Əfqanıstan Prezidenti Aşraf Qani dekabrın 15-də deyirdi ki, Taliban qruplaşması ilə sülh danışıqlarının Qətərdən Əfqanıstana keçiriləcəyinə ümid edir. Onun sözlərinə görə, danışıqların Dohada dəbdəbəli otellərdə keçirilməsi əfqan xalqına təhqirdir.
24saat.org
Mənbə – azadliq.org