Fransada koronavirusa yoluxma sayı 5 milyonu keçib

SAVASH.ORGsavash.org


Pandemiya başlayandan bəri Fransada koronavirus infeksiyası hadisələrinin sayı 5 023 785-ə yüksəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Qeyd edilib ki, son sutka ərzində 207 nəfər dünyasını dəyişib.

Bundan başqa, xəstəxanalarda yoluxan xəstə sayı artmağda davam edir. Hazırda reanimasiya şöbələrində təxminən 5.8 min nəfər müalicə olunur. Ümumilikdə isə xəstəxanaya yerləşdirilən xəstə sayı 30 238 nəfərdir.

Ölkədə epidemiya başlayandan bəri 98 574 nəfər koronavirusdan ölüb.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org