Əziz Əlibəyli: Azərbaycana hibrid hücum başladı

SAVASH.ORGsavash.org


Azərbaycana hibrid hücum başladı – İki cəbhəyə qarşı Bakı müharibəni necə aparır?

Regionda baş verən proseslər bir-biri ilə əlaqədar olduğundan ən son mərhələdə – Qənimətlər Parkının açıılmasından sonra -Azərbaycan və dünyada baş verənlərə baxacağıq.

1. Prezidentin Qənimətlər Parkıdakı çıxışının yaratdığı reallıqlar;

2. Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradadır;

1.1. Birinci prosesin arxasındakı güclərin kimliyi – Sərgilənən silahların mənşəyindən görünür, eyni zamanda isə demək olar ki, bütün Avropada və Amerikada erməni lobbisi erməni əsgərlərinin maketlərinə yumruq vurması, boş qalmış dəbiləqələr qarşısında poz verməsi yeni faşizm nümunəsi olaraq dəyərləndirilir, xalqların birgəyaşayaşına, barışığa mane olduğunu, gənc nəslin ermənifob ruhda böyüdüldüyünün təhlükələrini bütün dünyada car çəkirlər.

2.2. Şübhə yoxdur ki, Bakının Qırmızı Bazar istiqamətindən Xankəndiyə doğru başlatdığı irəliləmə diplomatiyası və hərbi mesajlarını dayandırmaq üçün altenrativlər həyata keçirməyə çalışırlar.

Ermənilər Xankəndi-Qırmızı bazar- Dağyurd-Şuşakənd-Şuşa yolunda yeni polis nəzarət məntəqələri yaradıb. Bununla bağlı əmri Qarabağdakı separatçı rejimin daxili işlər naziri Karen Sarkisyan verib.

Məsələ də ondan ibarətdir ki, ideya artıq reallaşdırılıb.

Burda isə bir neçə vacib nəticə meydana çıxır:

a) Qənimətlər Parkının əvəzini “post” təxribatı ilə çıxırlar;

b) Sülhməramlıların icazəsi ilə edirlər;

c) Azərbaycanın həmlələri deyil, konkret hücumunu dayandırmağa cəhd edirlər.

İki cəbhədən – Qərb (diplomatiya, kəşfiyyyat, lobbi) və Rusiyadan hücum quran ermənilərə qarşı Bakının adekvat addımları nə ola bilər?

Qırmızı xətlər:

Qarabağ erməniləri faktiki olaraq artəq İrəvanın trayektoriyasından çıxmaqla qalmayıb, onunla hesablaşmırlar da.

Azərbaycan isə hələ ki, Paşinan və 10 noyabr razılaşmasının imza, öhdəlik kimi məsələlərinin həllindəki gedişata baxır:

Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın Zaritap kəndindən keçərək Naxçıvana qədər uzanacaq 14 KM yeni yolun

çəkilməsi haqda məlumatı paylaşıb.

İkincisi, proseslərin indiki vəziyyəti təkcə Azərbaycana qarşı yönəlməyib, Er.-da seçkilərə qədər Qarabağ əsilli elita Moskvadan alınan təlimat əsasında vəziyyəti dəyişmək və Nikolu fakt qarşısında qoymağa çalışırlar. Bunu Sərkisyanın Moskvanı İrəvandakı proseslərdə moderator rolunu oynamağa dəvət etməsində də görünür.

Bu proseslərdə Bakı hansı addımları düşünür?

1. Qarabağda baş verən istənilən təxribatlar “sırf” sosial şəbəkə materialı istehsalı üçündür.

2. Azərbaycan tərəfi 10 noyabr razılaşmasına istinad edir və cavabdeh kimi yalnız Rusiyanın öhdəlik daşıdığını xatırladır;

3. 10 noyabr razılaşmasının tam icra edilmədiyini bilir və digər bəndə nəzərən demək olar ki, bütün yekunu kommunikasiyaların bərpasından sonra atmağı planlaşdırır.

4. Revanş cəhdi, mümkün hakimiyyət dəyişiliyi ssenarisində hərbi əməliyyatların bərpası (qaçılmazdır) baş verəcək;

5. Rusiya – Azərbaycan xəttində müvəqqəti yaranan nüanslar (İsgəndər M, Ukrayna olayları) yaxın günlərdə təbii ki, həllini tapacaq.

6. Rusiya – Azərbaycan – Ermənistan dəmir yolu və Qars
(Türkiyə) – Gümrü – İcevan – Qazax (Azərbaycan) yolunun açılması ilə bütün tərəflərin Qarabağ qazanının da odu sönəcək.

Əziz Əlibəyli

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org