Ermənistanda yenidən zəlzələ olub

SAVASH.ORGsavash.org


 Ermənistanda  yenidən zəlzələ olub. Bu dəfə yeraltı təkanlar 3.7 bal gücündə hiss olunub.  Məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti  yayıb. Məlumatda qeyd olunur ki, nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi zəlzələni fevralın 6-sı səhər saat 6-da qeydə alıb. Yeraltı təkanlar Yerevanın 110 kilometr şərqində, Şorja kəndindən 5 kilometr məsafədə baş verib.  Məlumtda vurğulanır ki, zəlzələnin episentrindəki yeraltı təkanların gücü 5 bala çatıb. Bu artıq bu ərazidə bir neçə saat ərzində qeydə alınan ikinci zəlzələdir. Fevralın 5-də baş verən zəlzələnin gücü 4,5 bal olub. Nazirlik yenidən ölkə ərazisində seysmoloji aktivliyin davam edəcəyini, zəif və orta güclü zəlzələnin baş verə biləcəyini proqnozlaşdırır.  
24saat.org
Mənbə – azadliq.org