Ermənistana 44 əsir verildi

SAVASH.ORGsavash.org


AzadlıqRadiosunun Erməni xidməti yazır ki, dekabrın 14-dən 15-ə keçən gecə Bakı və Yerevan arasında əsirlərin dəyişdirilməsinə başlanıb. Əsir mübadiləsi Rusiya sülhməramlı missiyasının vasitəçiliyi ilə həyata keçirilir. Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib ki, Azərbaycandan Ermənistan tərəfinə 44 əsir verilib. Avinyan özünün Facebook səhifəsində yazıb ki, Ermənistana qaytarılan əsirlər adları Qırmızı Xaç Komitəsinin siyahısında olanlardır. Azatutyun xəbər verir ki, əsirləri hava limanında qarşılayanların arasında Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan da olub. O bildirib ki, hazırda həkimlər keçmiş əsirlərin müayinəsi ilə məşğuldurlar.
24saat.org
Mənbə – azadliq.org