Ermənistan prezidenti Moskvaya gedib

SAVASH.ORGsavash.org


Ermənistan prezidenti Armen Sarkisyan noyabrın 28-də Moskvaya özəl məqsədli səfər edib. AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Sarkisyan Rusiyada erməni icması ilə görüşlər keçirəcək və Dağlıq Qarabağ, o cümlədən Ermənistandakı son durumu müzakirə edəcək. Prezident Sarkisyan bildirmişdi ki, Rusiya və Azərbaycan dövlət başçıları və Ermənistanın baş nazirinin noyabrın 9-da imzaladığı atəşkəs bəyanatından onun xəbəri olmayıb. Sarkisyan əvvəlki çıxışlarında qeyd etmişdi ki, onun zəngin diplomatik təcrübəsi hazırkı situasiyada faydalı ola bilər.
24saat.org
Mənbə – azadliq.org