Ermənistan müxalifəti Paşinyanın yerinə namizədini bəyan edib

SAVASH.ORGsavash.org


Ermənistanda 17 müxalif partiya baş nazir vəzifəsinə Vazgen Manukyanın namizədliyini irəli sürüb. AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Vazgen Manukyan baş nazir olduqdan sonra özünün partiya fəaliyyətinə son qoyacaq, parlament seçkisində iştirak etməyəcək və ən önəmlisi, baş nazir vəzifəsinə iddialı olmayacaq. Bununla belə, o bir il müddətində yeni parlament seçkisinin keçirilməsini vəd edib. 17 partiyadan ibarət şura yaranmış vəziyyətdən çıxış edərək “Vətənin Xilası Naminə Hərəkat” təşkil edəcəyini bildirib. Bu barədə məlumatda deyilir ki, bu hərəkat ümumerməni xarakteri daşıyacaq və siyasi partiyalardan yüksəkdə dayanacaq.   Dekabrın 5-də Bu hərəkata əsas etibarilə partiya nümayəndələrinin, ziyalıların və geniş ictimaiyyətin qoşulacağı gözlənilir. Vətənin Xilası Naminə Hərəkat bildirib: “Hərəkatın məqsədi mümkün qədər tez bir zamanda Ermənistanın ölümcül rejimindən izal olmaq, Ermənistan dövlətçiliyinin itirilməsinin qarşısını alacaq, müharibə sonrası ölkənin sağalmasını həyata keçirəcək, keçid antiböhran hökumətini təşkil etməkdir. Bu hökumət milli dövlət maraqlarında olan daxili və xarici siyasət istiqamətində işləməli, vətəndaşların təhlükəsizliyini təmin etməli və növbədənkənar parlament seçkisi keçirməlidir”. Məlumata görə baş nazir vəzifəsinə yeganə namizəd dekabrın 5-də Yerevanın Azadlıq meydanında özünün və yeni hökumətin məramnaməsini elan edəcək.   Qarabağ separatçılığının lideri 74 yaşlı Vazgen Manukyan Ermənistanın birinci baş naziri olub. O Qarabağ müharibəsinin getdiyi 1992-1993-cü illərdə Ermənistanın müdafiə naziri idi. 1988-ci ildə təsis edilmiş separatçı Qarabağ komitəsinin üzvü olub. 1988-ci ilin dekabrında “Qarabağ komitəsinin” üzvləri ilə birlikdə həbs olunaraq Moskvadakı “Matroskaya tişina” həbsxanasına salınıb. Bu da məlumdur ki, Ermənistanın ilk nizami ordusu Manukyanın baş nazirliyi dövründə təşkl esdilib.
24saat.org
Mənbə – azadliq.org