Ermənilərin basdırdığı minaya Mirzoyan düşdü, AYAĞINI İTİRDİ

SAVASH.ORGsavash.org


Erməni hərbçilərinin Qarabağda bir müddət əvvəl basdırdığı minaya düşmüş öz həmvətənləri, Tavuş əyalətinin Azamut kəndinin 59 yaşlı sakini Nodar Mirzoyanın ayağı amputasiya edilib.

Publika.az xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib.

Məlumata görə, partlayış nəticəsində xəsarət almış Nodar Mirzoyan sağ ayağının aşağı ətrafını itirib. Hazırda onun müalicəsi davam etdirilir.

Fakt üzrə Ermənistan polisində cinayət işi qaldırılıb.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib, lakin mətbuat xəbəri dünən yayıb.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org