Əmlak bazarında dəyişən qiymətlər

SAVASH.ORGsavash.org

Ötən il pandemiya ilə bağlı daşınmaz əmlak bazarında uzun müddət durğunluq yaşandı. Əksər sahələrdə iş dayandırıldığı üçün, bu, əmlak bazarına da təsirsiz ötüşmədi.

Ötən il daşınmaz əmlak bazarında ən çox yadda qalan isə, villa və bağ evlərinin satış və kirayə qiymətlərinin artması oldu.

Hazırda əmlak bazarında vəziyyət necədir?

Əmlak məsələləri ürə ekspert Elnur Azadovun sözlərinə görə, daşınmaz əmlak bazarında 2020-ci ilin sonu – 2021-ci ilin əvvəlləri ilə müqayisədə ciddi bir dəyişiklik olmadı. Qiymətlər stabil olaraq qalır: “Bir müddət əvvəl əyani tədrisin başlanması ilə regionlardan Bakı və böyük şəhərlərə yenidən axın başlamışdı. Bu zaman kirayə bazarında canlanma müşahidə edildi. Aylıq kirayə haqqı 500 manata qədər olan evlərə tələbat artdı. İki həftə ərzində böyük axın oldu, təkliflər azaldı və qiymətlər artmağa başladı. Hazırda kirayə bazarında da stabillikdir və qiymətlər bir ay əvvəlki səviyyədə qalıb”.

 

Elnur Azadov

Son 6 ay ərzində daşınmaz əmlak bazarında xüsusi canlanmanın olmadığını vurğulayan ekspert ticarət obyektlərinin qiymətində cüzi hərəkətliliyin olduğunu bildirib.

E.Azadovun fikrincə, pandemiya ilə əlaqədar obyekt sahibləri kirayə haqqlarından şikayətçidir: “Belə ki, icarədarlar, obyekt sahiblərindən pandemiya ilə bağlı fəaliyyətsizlik olduğu üçün xüsusi endirimlər tələb edir. Obyekt sahibləri də bu məsələ ilə razılaşır”.

Ekspert həmçinin bildirib ki, yeni inşaat bazarında qiymətlər 15-20 faiz artıb.

Buna səbəb isə inşaat sahəsində verginin artmasıdır.

“Tikinti şirkətləri artıq gördükləri bütün işlər barədə rəsmi məlumat verməklə yanaşı qazanclarının böyük hissəsini vergi verməlidir. Yəni artıq tikinti şirkətlərinin qazancında azalma müşahidə edilir”, – deyə eskpert əlavə edib.

O, həmçinin bildirib ki, ötən il pandemiya ilə bağlı regionlara gediş-gəliş olmadığı üçün böyük ajiotaj müşahidə edildi və əhali bağ, həyət evlərinə üstünlük verməyə başladı. Bu dövrdə illərlə satılmayan torpaq sahələri də satılmağa başladı. Hətda bəzi tikinti şirkətləri kiçik villa şəhərcikləri inşa etməyə başladı: “Ancaq insanlar daha vəziyyəti o qədər də ciddi qəbul etmir. Bu baxımdan da tələbat da azalıb. Bu il regionlara gediş-gəliş bağlanmasa, keçən ilki kimi tələbat olmayacaq. Yəni qiymətlər də artmayacaq”.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, is hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspert bildirib ki, bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunacaq.

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org