Əhalinin 60 faizi peyvənd olunmalıdır ki…

SAVASH.ORGsavash.org


Vaksinasiya qısa müddətdə infeksiyanın qarşısının alınması üçün nəzərdə tutulmayıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, vaksinasiyanın ilkin mərhələdə məqsədi bu xəstəliyi ağır keçirəcək və yaxud ölüm riski yüksək olacaq şəxslərdə bu risklərin azaldılmasıdır. Virusun kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün əhalinin 60 faizinin vaksinasiya olunması lazımdır.

N.Seyidov qeyd edib ki, hazırda regionlarda və Bakıda əhalinin vaksinasiya prosesi çox keyfiyyətli təşkil olunur.


Sonxeberler.org