“Deputatlar arasında da koronavirusa yoluxanlar var”

SAVASH.ORGsavash.org


Milli Məclisin deputatları arasında da koronavirusa yoluxanlar var. Bunu noyabrın 24-də Milli Məclisin plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib. O bildirib ki, koronavirusla mübarizə ümumxalq işidir və hamı bir nəfər kimi bu xəstəliklə mübarizə aparmalıdır: “Hər kəs sağlamlığına diqqət yetirməli, sanitar-gigiyena qaydalarına riayət etməlidir”. Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 1160 nəfərin vəfat etdiyi açıqlanıb. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org