Danimarka suriyalı qaçqınları vətənlərinə qaytarmaq istəyir

SAVASH.ORGsavash.org


Danimarka suriyalı qaçqınları vətənlərinə qaytarmaq istəyir.

AZƏRTAC xəbər verir ki, ölkə ekspertləri Suriyanın paytaxtının və ətraf şəhərlərinin qaçqınların qayıtması üçün kifayət qədər təhlükəsiz olduğu qənaətindədirlər.

Suriyanın böyük bir hissəsində gedən döyüşlər doğurdan da səngiyib və bu həftə buna əsaslanan Danimarka hökumətinin səlahiyyətliləri, analitik və aktivistlər bu ölkədən olan qaçqınların qaytarılması barədə düşünməyə çağırıblar.

Danimarkada 33 minə yaxın suriyalı qaçqın yaşayır, bu da 2011-ci ildə bu qanlı vətəndaş müharibəsi başlayandan bəri bu Yaxın Şərq ölkəsini tərk edən 5.6 milyon vətəndaşın kiçik bir hissəsidir.

Danimarka əhalisinin yalnız yüzdə 9-u mühacirlər təşkil etməsinə baxmayaraq, immiqrasiya və qaçqın problemləri ilə bağlı mübahisələr son illər ölkənin siyasi həyatında əsas müzakirə mövzusuna çevrilib. Bunu nəzərə alan Danimarkadakı siyasi partiyaların əksəriyyəti mövcud miqrasiya və inteqrasiya qanunların sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edir. Lakin suriyalı qaçqınların geri qaytarılması qərarı hələlik verilməyib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org