Çində balıqçı qayığı batıb, ölənlər var

SAVASH.ORGsavash.org


Çinin şərq sahilində balıqçı qayığının batması nəticəsində azı 12 insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə Çjeszyan-ın şərq əyalətinin Dənizdə Xilasetmə Mərkəzinə istinadən “PanPay” informasiya resursu bildirib.

“Susiyuy 03434” balıqçı qayığı Çjouşan (Çjeszyan əyaləti) adaları akvatoriyasında batıb. Hadisə zamanı qayıqda 20 nəfər olub. Xilasedicilər 16 nəfəri aşkarlayaraq sudan çıxartmağa nail olublar. Onlardan 12-i ölüb. Daha dörd balıqçı hələ ki itkin düşmüş hesab edilirlər.

Axtarış əməliyyatına onlarla xilasetmə və balıqçı gəmisi, həmçinin təyyarə və helikopter cəlb edilib.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org