Bu gündən dörd şəhər, bir rayonda məktəblər bağlandı  

SAVASH.ORGsavash.org


Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qərar verilib.

 

Belə ki, aprelin 5-dən qeyd olunan ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili başlayır.

 

Distant tədris zamanı dərslərin “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilməsi nəzərdə tutulub. Nazirlik şagirdlərə “Dərs vaxtı” teledərslərini izləməyi tövsiyə edib.

 

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org