Bayden Floydun ailəsinə zəng etdi

SAVASH.ORGsavash.org


ABŞ Prezidenti Co Bayden qaradərili Corc Floydun ailəsinə zəng edib, söhbətdə o, afroamerikalının ölümü ilə bağlı ittiham hökmünü ədalətli və vacib adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, telefon danışığı qeydini Floyd ailəsinin vəkili Ben Kramp tvitterdə yayımlayıb.

“Heç bir şey bütün bunları tamamilə düzəldə bilməz, amma bu, heç olmasa, hansısa bir ədalətdir”, – amerikalı lider hökm barədə deyib. “Üç bəndin hamısı ilə günahkardır. Bu, çox vacibdir”, – o əlavə edib. Bayden ölkədə polisin işindəki islahatlardan danışaraq deyib: “Biz hələ çox şey etməliyik, biz çox şey edəcəyik”.

Bayden bildirib ki, o və ABŞ-ın vitse-prezidenti Kamala Harris Floydun işi üzrə araşdırmanı saniyəbəsaniyə izləyiblər. ABŞ Prezidentinin sözlərinə görə, bu, ölkədə sistemli irqçiliyə qarşı mübarizədə ilk addımdır. Söhbətdə iştirak edən Harris Floyd ailəsinin cəsarətini və sədaqətini qeyd edib.

Daha əvvəl Minneapolis məhkəməsi keçmiş polis Derek Şovini afroamerikalı Corc Floydun qətlində günahkar bilib.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org