“Bavariya”nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb

SAVASH.ORGsavash.org


Bakı. Trend:

Almaniyanın “Bavariya” futbol klubunun baş məşqçisi Hans-Diter Flik rəhbərlikdən mövsümün sonunda müqaviləni ləğv etməsini istəyib.

Trend-in məlumatına görə, mütəxəssisin şərhini Sky Sports telekanalı təqdim edib.

“Bavariya”nın baş məşqçisi bildirib: “Bu gün komandaya Parisdəki oyundan sonra rəhbərliyə mövsümün sonunda müqaviləmi ləğv etmək istədiyimi bildirdiyimi dedim”. Mütəxəssislə razılaşma 2023-cü ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, ötən mövsüm Almaniyalı mütəxəssisin rəhbərliyi altında Münhen klubu Çempionlar Liqasının, Dünya Klublar Çempionatının, Almaniya çempionatının qalibi, ölkə Kuboku və Super Kubokunun, UEFA Superkubokunun qalibi oldu.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org