Bağdadda qoşa hücumda azı 23 nəfər ölüb

SAVASH.ORGsavash.org


  Bağdadın mərkəzində kommersiya rayonunda iki qoşa intihar hücumu törədilib, azı 23 nəfər həlak olub. Daxili İşlər Nazirliyi yanvarın 21-də baş vermiş hücumda azı 50 nəfərin yaralandığını bildirir. Birinci intiharçı bazara girərək xəstə olduğunu deyib, başına camaat yığışandan sonra üstündəki partlayıcıları işə salıb. Partlayışda yaralılara köməyə gələnlər isə ikinci intiharçının qurbanına çevrilib. Ölü sayının yüksək ola biləcəyi bildirilir. Səhiyyə Nazirliyi partlayışların nəticələrini aradan qaldırmaq üçün tibbi qüvvələrin səfərbər olunduğunu deyir. Son dövrlər Bağdadda intiharçı hücumları nisbətən azalmışdı. 2018-ci ilin yanvarında Tayaran meydanında intiharçı hücumunda 30-dan çox ölən olmuşdu.
24saat.org
Mənbə – azadliq.org