Azərbaycanda internetə məhdudiyyətin götürüləcəyi bildirilir

SAVASH.ORGsavash.org


Azərbaycanda internetə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olunmaqla sabah, noyabrın 12-dən götürüləcək.  Bu barədə Nəqlıiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında yazıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu il sentyabrın 27 -dən ölkə üzrə internetin verilməsində məhdudiyyət tətbiq etmişdi. Elə həmin gün, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.  Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.  Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. Bundan əvvəl, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 
24saat.org
Mənbə – azadliq.org