Azərbaycanda ən az və ən çox yoluxma bu tarixlərdə olub

SAVASH.ORGsavash.org


2021-ci il ərzində Azərbaycanda koronavirusa ən az və ən çox yoluxma olan günlər məlum olub.

“MediaPost”un məlumatına görə, 2021-ci ildə ən az yoluxma fevralın 15-də qeydə alınıb. Belə ki, həmin gün yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar götürülən 4160 testdən 74 yoluxma halı qeydə alınıb ki, bu da test götürülənlərin təqribən 1.8 faizini təşkil edib.

Bu il ərzində ən çox yoluxma isə aprelin 8-də qeydə alınıb. Belə ki, həmin gün test verən 14581 nəfərdən 2717 nəfərində virus aşkarlanıb ki, bu da test verənlərin 18.6 faizini təşkil edir.

Göründüyü kimi, fevralın 15-dən aprelin 8-nə qədər koronavirusa yoluxma nisbəti 10 dəfə artıb.

Xəbərlər şöbəsi

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org