Azərbaycan ordusunun əsgəri minaya düşüb

SAVASH.ORGsavash.org


Bugün, yanvarın 21-də Azərbycan ordusunun bir hərbi qulluqçusu mina partlayışı nəticəsində həlak olub.  Bu barədə məlumatı “Turan” İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən də təsdiqləyiblər.  Son aylar Azərbaycanın bir neçə hərbi qulluqçusu və mülki şəxsləri minaların partlayışı nəticəsində həlak olub.  2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.  Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2855 hərbi qulluqçunun həlak olduğu açıqlanmışdı.  Xatırlatma  Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi   
24saat.org
Mənbə – azadliq.org