Avropa İttifaqı Şurasının sədri yenidən Gürcüstana gəlir

SAVASH.ORGsavash.org


Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel yenidən Gürcüstana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Ş.Mişel bu barədə onlayn formatda qatıldığı Gürcüstan iqtidarı və müxalifəti arasında siyasi böhrandan çıxış üzrə planın imzalanması mərasimində məlumat verib.

Ş.Mişel səfər çərçivəsində Gürcüstanla Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsi ilə bağlı növbəti birgə addımları müzakirə edəcəyini deyib.

Qeyd edək ki, Şarl Mişel cari il fevralın 28-də Gürcüstana səfər etmişdi. O Tbilisidə keçirdiyi görüşlərdə Gürcüstandakı siyasi böhranı həll etməyə çalışıb.

Sonradan isə onun Avropa Şurasındakı şəxsi nümayəndəsi Kristian Danielson martın 12-də Gürcüstana gəlib. İlk səfərindən Gürcüstanda iqtidar-müxalifət dialoquna nail olmayan nümayəndə martın 19-da ölkəni tərk etmişdi.

Martın 29-da isə o, Avropa Şurası sədrinin təşəbbüsü ilə yenidən Gürcüstana qayıtmışdı.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org