Avropa çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşib

SAVASH.ORGsavash.org


Aprelin 16-da Portuqaliyanın paytaxtı Lissabonda start götürəcək cüdoçularımızın rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Tokio-2020”yə lisenziya xarakterli yarışda 9 idmançımız iştirak edəcək. Belə ki, kişilər arasında Kəramət Hüseynov (hər ikisi 60 kq) moldovalı Nikolae Foca, Orxan Səfərov israilli Amit Boboviç, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) slovakiyalı Matej Poliak, Murad Fətiyev türkiyəli Vedat Albayrak, Hidayət Heydərov (hər ikisi 81 kq) almaniyalı Niklas Loeçl, Elmar Qasımov belaruslu Toma Nikiforov, Zelim Kotsoyev (hər ikisi 100 kq) avstriyalı Ayron Fara və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) avstriyalı Daniel Allerstorfer-gürcüstanlı İvan Koviç cütünün qalibləri ilə ilk qarşılaşmalarını keçirəcəklər.

Qadın cüdoçumuz İrina Kindzerska (78 kiloqramdan yuxarı) isə Fransa təmsilçisi Lea Fontaine ilə üz-üzə gələcək.

Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org