ATƏT sədri atəşkəsə çağırır

SAVASH.ORGsavash.org


ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın baş naziri və xarici işlər naziri Edi Rama iyulun 14-də bəyanatla çıxış edib: “Mən Ermənistan və Azərbaycan sərhədi boyunca zorakılığın artmasından dərindən narahatam və bundan sonra da itkilərin baş verməməsi üçün dərhal atəşkəsə qayıdılmasına çağırıram”. Edi Rama bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk tərəflərlə daimi əlaqədədir və vəziyyətin sabitləşdirilməsinə cəhdlər edilir. ATƏT sədri habelə 2019-cu ildə Vyanada ATƏT həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında birbaşa kommunikasiya xətti barədə razılaşma əldə edildiyini yada salıb. Cənab Rama bildirib ki, o eskalasiyanın aradan qaldırılması üçün belə mexanizmlərdən istifadə ediləcəyinə inanır. Edi Rama habelə son toqquşmalarda hər iki tərəfdən ölənlərin yaxınlarına başsağlığı verib: “Biz hamımız münaqişənin insanlara təsirini azaltmaq və mümkün qədər tez bir zamanda predmetli danışıqlara başlanmasına çalışmalıyıq”.
24saat.org
Mənbə – azadliq.info