Abu Dabi şahzadəsi ABŞ-ın Türkiyədəki bazasını BƏƏ-yə köçürmək istəyir

SAVASH.ORGsavash.org


Abu Dabinin vəliəhd şahzadəsi Mohammed bin Zayed ən-Nəhyan ABŞ-ın Türkiyədəki İncirlik hərbi-hava bazasının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) transferi barədə Pentaqonla danışıqlar aparır. Bu barədə məlumatı ərəb və Türkiyə xəbər agentlikləri yayıblar. Ərəb təhlilçilər bu danışıqların BƏƏ ilə ABŞ-ın “dərin dövləti” arasında getdiyini iddia edirlər. ABŞ prezidenti Donald Trump və onun tərəfdarları zaman-zaman “dərin dövlətin” onlara qarşı olduğunu deyirlər. Ərəb saytları yazırlar ki, Bin Zayed BƏƏ-nin strateji maraqlarını bütün başqa maraqlardan, o cümlədən Trump-la şəxsi münasibətlərdən üstün tutduğunu nümayiş etdirir.   ABŞ Türkiyədən getmək firkində deyil Eyni mənbələrdən yayılan xəbərlərə görə BƏƏ habelə Pentaqonla iqtisadi və hərbi layihələr üzrə əməkdaşlıq etməyi planlaşdırır. Ötən həftə Pentaqonun sözçüsü Thomas Campbell Anadolu xəbər agentliyinə demişdi ki, ABŞ Türkiyədəki İncirlik bazasını ləğv etmək niyyətində deyil. Bundan əvvəl ABŞ senatoru Ron Johnson Washington Examiner məcmuəsinə demişdi ki, ABŞ İncirlik hərbi-hava bazasına alternativ olaraq Yunanıstanın Krit adasında hərbi-dəniz bazası yaratmağı planlaşdırır. Lakin Pentaqonun sözçüsü Thomas Campbell bu barədə deyib: “ABŞ İncirlikdəki hərbi hava bazasından Türkiyə hökumətinin dəvəti ilə onilliklərdir ki, istifadə edir. Bu hərbi mövcudiyyətin indiyədək davam etməsi Birləşmiş Ştatlarla bizim NATO müttəfiqimiz Türkiyə arasında münasibətlərin güclü olduğunu göstərir”.
24saat.org
Mənbə – azadliq.info