ABŞ-da “Johnson&Johnson” peyvəndinin əks təsirləri səbəbindən üçüncü vaksin mərkəzi bağlanıb

SAVASH.ORGsavash.org


ABŞ-ın Corciya ştatının rəhbərliyi “Johnson&Johnson” peyvəndinin əks təsirləri səbəbindən eyniadlı şirkətin istehsalı olan preparatla vaksinasiya üzrə mərkəzini bağlayıb.

Bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata əsasən, bir qədər əvvəl eyni səbəblərdən “Johnson&Johnson”un Şimali Karolina və Kolorado ştatlarındakı vaksinasiya mərkəzləri də öz fəaliyyətlərini dayandırıb.

Bütövlükdə, adıçəkilən ştatlarda 40-a yaxın şəxsin peyvənddən sonra onun yan təsirlərindən şikayət etdiyi bildirilib.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org