77 yeni yoluxma aşkarlanıb, 4 ölüm

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 160 nəfər müalicə olunaraq sağalıb. Fevralın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib: “İndiyədək Azərbaycanda ümumilikdə 230 min 296 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 223 min 475 nəfər sağalıb, 3136 nəfər vəfat edib, aktiv xəstə sayı 3 685 nəfərdir”. Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 3984, ötən müddət ərzində isə ümumilikdə 2 412 034 test aparılıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.   Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org