633 yeni yoluxma qeydə alınıb, 21 ölüm

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan isə 1 682 nəfər sağalıb. Bu məlumatı bu gün, yanvarın 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 21 nəfər də vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 224 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 207 088 nəfər sağalıb, 2 890 nəfər vəfat edib. Hazırda 14 072 aktiv xəstə var”. Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 264, indiyə qədər isə ümumilikdə 2 259 555 test icra olunub. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org