4 451 yeni yoluxma aşkarlanıb, 39 ölüm

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4283 nəfər sağalıb. Bu məlumatı dekabrın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə 175874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 111918 nəfər sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 nəfərdir”. Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 15059 , hazırkı dövrədək isə ümumilikdə 1953303 test aparılıb. Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Bu həftə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org