4 356 yeni yoluxma aşkarlanıb, 39 ölüm

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4356 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu məlumatı dekabrın 6-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib: “Ölkədə indiyədək ümumilikdə 146679 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 88497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 nəfərdir”. Açıqlamaya görə, Azərbaycanda son sutka ərzində 19197, hazırkı dövrədək isə ümumilikdə 1837001 test aparılıb. Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org