380 yeni yoluxma qeydə alınıb, 14 ölüm

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1159 nəfər sağalıb. Bu məlumatı bu gün, yanvarın 14-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər də vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 226 min 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 min 279 nəfər sağalıb, 2971 nəfər vəfat edib, aktiv xəstə sayı 9950 nəfərdir”. Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7653, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 295 min 612 test aparılıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org