334 yeni yoluxma qeydə alınıb, 28 ölüm

SAVASH.ORGsavash.org


Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1891 nəfər sağalıb. Bu məlumatı bugün, yanvarın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 28 nəfər də vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə 220599 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 196734 nəfər sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21104 nəfərdir”. Qurumdan verilən açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 3768, hazırkı dövrədək isə ümumilikdə 2 milyon 214 min 194 test aparılıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var. Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org