287 yeni yoluxma aşkarlanıb, 10 ölüm

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb,  virusa yoluxanlardan  isə 568  nəfər  sağalıb. Bu məlumatı bu gün, yanvarın 24-də  Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 10 nəfər də vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə   228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292  nəfər sağalıb, 3 082 nəfər vəfat edib, 5 601 aktiv xəstə var” Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə  7 079, hazırkı dövrədək isə  ümumilikdə 2 361 552  test aparılıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org