1519 yeni yoluxma, 45 ölüm

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4471 nəfər sağalıb. Bu məlumatı bu gün, dekabrın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 45 nəfər də vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 214711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168971 nəfər sağalıb, 2499 nəfər vəfat edib, aktiv xəstə sayı 43241 nəfərdir.” Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11764, ötən müddət ərzində isə ümumilikdə 2153562 test aparılıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.Üstəlik, xəstəxanaya nisbətən evdə belə xəstənin daha çox olduğu bildirilir. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org