1428 yeni yoluxma faktı qeydə alınıb

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1428 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4255 nəfər sağalıb. Bu məlumatı bu gün, dekabrın 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 38 nəfər də vəfat edib: “İndiyədək Azərbaycanda ümumilikdə 213192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164500 nəfər sağalıb, 2454 nəfər vəfat edib, aktiv xəstə sayı 46238 nəfərdir”. Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12507, ötən müddət ərzində isə ümumilikdə 2 141 798 test aparılıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org