142 yeni yoluxma aşkarlanıb, 6 ölüm

SAVASH.ORGsavash.org


Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 399 nəfər sağalıb. Bu məlumatı yanvarın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər də vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə 229 min 935 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 222 min 553 nəfər sağalıb, 3119 nəfər vəfat edib, aktiv xəstə sayı 4263 nəfərdir”. Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7342, hazırkı dövrədək isə ümumilikdə 2 milyon 394 min 476 test aparılıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org