132 yeni yoluxma aşkarlanıb, 2 ölüm

SAVASH.ORGsavash.org


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 285 nəfər sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 7-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə 231154 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225246 nəfər sağalıb, 3158 nəfər vəfat edib, aktiv xəstə sayı 2750 nəfərdir” Qurumdan açıqlamaya görə, son gündə Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6783, hazırkı dövrədək isə ümumilikdə 2453083 test aparılıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var. Xatırlatma 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org